Albaniyada əsas yolları bağlayıblar 06 Aprel 2018 01:00 Dünya -- Etirazçılar magistralda yol ödənişini ləğv etməyə çağırıblar Aprelin 5-də yüzlərlə etirazçı Albaniyada dörd əsas magistralı bağlayıb, təkər yandırıblar. Maide.Az "Azadliq.org"-a istinadən xəbər verir ki, Onlar hakimiyyətdən Albaniyayla Kosovonu birləşdirən magistralda yol ödənişini ləğv etməyə çağırıblar. Martın 31-də etirazçılar bu yola ilk dəfə qoyulan tariflərə etiraz olaraq ödəniş qutularını yandırmışdılar. Həftəsonu etirazlarında polis toqquşmalardan sonra 23 nəfər saxlanıb. Aprelin 4-d məhkəmə onların 11-i barədə həbs qərarı çıxarıb. Albaniya müxalifət liderləri vətəndaş itaətsizliyinə çağırıb. Onlar albanları bir neçə növ vergini ödəməməyə çağırır, hökumətin öz ətrafındakıları zənginləşdrməkdən ötrü vergi yığdığını bildirirlər. Hökumət ödənişləri modernizasiya işlərini qarşılamaqdan ötrü vacib sayır. Teqlər : #Albaniyada əsas yolları bağlayıblar, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru AFP: Myanmada yaşayan Rohinciyalı müsəlmanlar qorxu içərisində yaşayır Minlərlə kilometrlik ümid yolçuluğu - Terror və işsizlikdən qaçış
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO