AFP: Myanmada yaşayan Rohinciyalı müsəlmanlar qorxu içərisində yaşayır

AFP: Myanmada yaşayan Rohinciyalı müsəlmanlar qorxu içərisində yaşayır

-- müsəlmanlar ya düşərgələrdə çox acınacaqlı durumdadırlar, ya da...

AFP xəbər agentliyi Rohinciyalı müsəlmanların humanitar böhran içərisində olduqlarını açıqlayıb.
 
Maide.Az xəbər verir ki, Myanmada yaşayan Rohinciyalı müsəlmanların 700 mindən çoxu ifratçı buddistlərin və ordunun zülmündən Raxin vilayətindən (bu hardasa əhalinin üçdə ikisi deməkdir) qaçaraq Banqladeşə sığınıb. 
Buna baxmayaraq BMT-nin statistikasına əsasən, hazırda  500 min Rohinciyalı müsəlman Myanmanın Raxin və digər bölgələrində yaşayırlar.
 
AFP yayımladığı xəbərdə Myanmadakı müsəlmanların hər gün qorxu içində yaşadıqlarını xəbər verərək bildiriblər ki, bu müsəlmanlar ya düşərgələrdə çox acınacaqlı durumdadırlar, ya da Myanma hərbiçilərinin mühasirəsində yaşayırlar.”
 
Yazıda vurğulanır ki, BMT-nin insan haqları üzrə məruzəçiləri və digər insan haqları təşkilatları Raxində yaşayan müsəlmanların durumunu öyrənmək üçün bu əyalətə buraxılmırlar.
 
AFP-nin yazısını buradan izləyə bilərsiz. 

Google+ WhatsApp ok.ru