Ali Rəhbər `Fəcr dekadası` münasibətilə İmam Xomeyninin (r.ə) hərəmini ziyarət etdi -FOTO

Ali Rəhbər `Fəcr dekadası` münasibətilə İmam Xomeyninin (r.ə) hərəmini ziyarət etdi -FOTO

İslam İnqilabının "Fəcr dekadası" (Fəcr ongünlüyü) münasibəti ilə bu gün səhər mərhum İmam Xomeyninin (r.ə) qəbrini ziyarət edən Ali Rəhbər Ayətullah Xamenei "Fatihə" oxuyaraq İran islam Respublikasının banisinin xatirəsini ehtiramla yad edib. 
 
Maide.Az xəbər verir ki, Ali  Rəhbər həmçinin "7 tir günü" şəhidlərinin məzarını, "Plasko" ticarət mərkəzində şəhid olan yanğınsöndürənlərin və hərəm müdafiəçiləri şəhidlərinin məzarlarını və "Beheşte-Zəhra" şəhid məzarlığını ziyarət edərək Uca Tanrıdan şəhidlərin pak ruhlarına dərgahında ən ali dərəcələri nəsib etməsini diləyib.
 
İmam Xomeyninin (r) İrana döndüyü 12 Bəhməndən inqilabının qələbə çaldığı 22 Bəhmənə qədər, İslam İnqilabının "Fəcr dekadası" (Fəcr Ongünlüyü) adlandırılır. İmam Xomeyni İrana qayıdandan 10 gün sonra, 22 Bəhməndə (11 fevral, 1979-cu il) İranda əzəmətli İslam İnqilabı qəti qələbə çalıb. Hər il bu münasibətlə “Fəcr ongünlüyü” bayram şənlikləri İranla yanaşı dünyanın müxtəlif ölkələrində təntənəli şəkildə qeyd olunur. 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru