Ali-Səud rejim təhlükəsizlik qüvvələri Əvamiyyədə şiələrin məskunlaşdığı evləri uzaqvuran toplarla atəşə tutub

Ali-Səud rejim təhlükəsizlik qüvvələri Əvamiyyədə şiələrin məskunlaşdığı evləri uzaqvuran toplarla atəşə tutub

Səudiyyə rejim qüvvələri Əvamiyyə şəhərində şiələrin evlərini uzaqvuran topla atəşə tutub. 
 
Maide.Az-ın beynəlxalq KİV-lərə istinadən məlumatına görə, Ali-Səud rejim təhlükəsizlik qüvvələri bu gün səhərdən Qətif əyalətinin Əvamiyyə şəhərində müxtəlif bölgələrdə şiələrin evlərini uzaqvuran topla atəşə tutub. 
 
Qeyd edək ki, ötən həftənin cümə günü də Ali-Səud rejim qüvvələrinin şiələrin məskunlaşdığı bölgələrdə, xüsusi ilə Əvamiyyə və əl-Qədih bölgəsində namaz qıldığı məscidlərə hücumlarının artmasının ardınca həmin bölgələrdə cümə namazı ləğv olunmuşdur. 
 
Səudiyyə rejim qüvvələri Əvamiyyə, Qətif və digər qəsəbə və kəndlərdə insanları heç bir ittiham irəli sürmədən həbs edir.  
 
Əvamiyyə bölgəsində alti ildir ki, Ali-Səud rejiminin şiələrə qarşı repressiyaları əleyhinə dinc aksiyalar təşkil olunur. Etirazçılar Ərəbistan rejimindən istəyir ki, siyasi islahatlar etsin və ayrıseçkilikdən əl çəksin.
 
Son günlər Ali-Səud rejim qüvvələri Əvamiyyə, Qətif və Əhli-beyt (ə) ardıcıllarının məskunlaşdığı digər bölgələrə hücumları artırıb. Ali-Səud qüvvələri insanların evlərini atəşə tutur və evlərini tərk etməyə məcbur edir. 

Google+ WhatsApp ok.ru