Ali-Xəlifə rejimi Şeyx Əli Salmanın mənzilinə basqın edib

Bəhreyn rejiminin polis qüvvələri həbs olunmuş ruhani Şeyx Əli Salmanın mənzilinə hücum ediblər.
 
Maide.az "Əl-Aləm"ə istinadən xəbər verir ki,  Ali-Xəlifə rejiminin təhlükəsizlik qüvvələri cümə günü Bəhreyn Əl-Vifaq İslam Cəmiyyətinin həbs olunmuş baş katibi Şeyx Əli Salmanın mənzilinə gözyaşardıcı qazlar ataraq, hücum edib və etirazçıları bu ruhaninin mənzili qarşısından uzaqlaşdırmağa çalışıb.
 
Ali-Xəlifə qüvvələri həmçinin Manamanın mərkəzində yerləşən Nəim məntəqəsində Şeyx Yəqub məscidinə də gözyaşardıcı qaz ataraq, məscidə hörmətsizlik ediblər.
 
Bundan əlavə cümə axşamı günü də Şeyx Əli Salmanın həbsinə etiraz olaraq Manamada aksiyada iştirak edən 13 bəhreynlini həbs edib.
 
Xatırladaq ki, son həftələrdə siyasi fəallar və vətəndaşların həbsi, o cümlədən Əl-Vifaq Cəmiyyətinin baş katibi Şeyx Əli Salman və bu cəmiyyətin şura rəhbəri Cəmil Kazımın həbsi ilə nəticələnən Ali-Xəlifə rejiminin repressiv siyasəti beynəlxalq reaksiyalara səbəb olub.
 
Qeyd edək ki, Şeyx Əli Salmanın həbsi çox gülünc şəkildə həyata keçirilmişdi. Belə ki, Ali-Xəlifə rejiminin Daxili İşlər Nazirliyinə çağırılan Əl-Vifaq rəhbəri orada bir neçə saat keçirilən görüşdən evə qayıtdıqdan sonra basqınla evindən aparılmışdı. İrəli sürülən ittiham isə hakimiyyət nümayəndələrinə tabesizlik və dövlət əleyhinə inqilabi çağırışlar etmək olmuşdu.

Google+ WhatsApp ok.ru