Pakistanda polis Fransa konsulluğu qarşısında keçirilən mitinq iştirakçılarına hücum edib - FOTO

Bu gün  Pakistanın Kəraçi şəhərində Fransa konsulluğunun qarşısında “Charlie Hebdo” jurnalının müqəddəslərin karikaturasının yenidən nəşr etməsinin əleyhinə ektiraz mitinqi keçirilib və polis etirazçılara hücum edib.
Maide.az xəbər verir ki, Pakistanın Camaatı İslam Partiyasının tələbə təşkilatı cümə namazından sonra ölkə daxilində etirazlar təşkil edib. Aksiyaçılr Fransa Baş Konsulluğu binasına doğru yürüş etmək istəyib. Qrupa mane olmaq istəyən polis nümayişçilərə gözyaşardıcı qaz və təzyiqli su ilə müdaxilə edib. Müdaxilədə çox sayda tələbə qazdan zəhərlənərək xəstəxanalara aparılıb. Polis onlarla nümayişçini saxlayıb, 3 nəfər yaralanıb.

Hadisələrdə bir jurnalist silahdan açılan atəş nəticəsində sinəsindən yaralanıb. 
Mitinq iştirakçıları müqəddəslərə qarşı hörmətsizlik edənlərin cəzalandırılmasını tələb ediblər. 

Müdaxilədən sonra nümayişçilər konsulluq binasının yerləşdiyi ərazidən uzaqlaşıblar.

 

 
 
 
 
 
 
 

 

Google+ WhatsApp ok.ru