Ali-Xəlifə hərbçiləri etirazçılara hücum edib

Ali-Xəlifə rejimi hərbçiləri Bəhreyn vətəndaşlarının dinc aksiyasına hücum edib dağıdıblar.
 
Maide.az xəbər verir ki, Bəhreyn vətəndaşları ölkənin müxtəlif bölgələrində siyasi məhbuslara dəstək məqsədi ilə aksiya keçiriblər. Ali-Xəlifə rejimi hərbçiləri etirazçılara hücum edərək bu aksiyanı dağıdıblar.
 
Bəhreynli etirazçılar şüarlar verərək bildiriblər: Tələblərinə çatana qədər dinc aksiyaları davam etdirəcəklər.
 
Bəhreyn 2011-ci il 14 fevraldan Ali-Xəlifə rejiminə qarşı dinc etirazların şahididir.
 
Bəhreyn xalqı azadlıq, ədalətin bərqərar olunması, ayrı-seçkiliyin aradan qaldırılması və ölkədə seçilmiş quruluşun iqtidara gəlməsini tələb edir./
 

Google+ WhatsApp ok.ru