Beynəlxalq Amnistiya: `Türkiyə deportasiya etdiyi suriyalıları terrorçulara təslim edib`

Beynəlxalq Amnistiya Təşkilatı tərəfindən hazırlanan Türkiyə və qaçqınlar hesabatında qalmaqal bir iddiaya yer verilib. Hesabata əsasən, Türkiyə deportasiya etdiyi suriyalıları Əl-Qaidə ilə əlaqəli olan Əhraruş-Şam terror təşkilatına təslim edib.
Deyerler.org Sol-a istinadən xəbər verir ki, Türkiyə ilə Avropa Birliyi arasında imzalanan "miqrant sazişi" bütün dünyada şübhələrə səbəb olduğu halda, Beynəlxalq Amnistiya Təşkilatı Türkiyə haqqında bir hesabat dərc edib.
 
Hesabatda Türkiyənin qaçqınlara pis davrandığını və onları uzaq nəzarət mərkəzlərinə, hətta İraq və Suriyaya geri göndərdiyi iddiası irəli sürülüb.
Hesabatda "Deportasiya" başlığıyla yerəşdirilən hekayələr, Ankara hökumətilə Əl-Qaidə arasında münasibətlərə dair ipucu verir.
Beynəlxalq Amnistiya Təşkilatı telefonla danışdığı və hazırda Suriyada olan 2 suriyalı, Ərzurumdakı düşərgədən Cilvegözü (Bab əl-Hava) sərhəd məntəqəsinə avtobusla göndərildiyini deyirlər.
 
Bu iki nəfərin daha sonra qeyri-qanuni yolla yenidən Türkiyəyə daxil olduqları bildirilir.
Digər 5 nəfərlə də görüşən Beynəlxalq Amnistiya Təşkilatı, Ərzurumdan 17-20 noyabr tarixləri arasında 130 nəfərin deportasiya edildiyini öyrənib.
Burada əsas məsələ budur ki, Bab Əl-Hava sərhəd məntəqəsi Əl-Qaidə ilə əlaqəli Əhraruş-Şam tərəfindən nəzarət edilir.
23 yaşlı bir suriyalı sərhəd məntəqəsindən 4 nəfərin gözləri bağlanaraq, terrorçular tərəfindən təhvil alındığını və avtomobillə naməlum bir yerə aparıldığını deyib.
Həmin gənc Ərzurumdan deportasiya edilən 2 nəfərin Suriyada olarkən Nusra Cəbhəsi terrorçuları tərəfindən saxlanılması xəbərini də aldığını bildirib./
 

Google+ WhatsApp ok.ru