Ali Lider: ABŞ və İngiltərə İŞİD-in yaradılmasında iştirak ediblər

İslam İnqilabının Rəhbəri Ayətullahul-üzma Seyid Əli Xamenei bu gün  mübarək Qədir-Xum  bayramı münasibəti ilə müxtəlif xalq kütlələri ilə görüşüb. 
Maide.az-ın İran KİV-lərinə istinadən məlumatına görə, Ali Lider Ayətullah Xamenei görüş zamanı çıxışında İslam ümmətinin düşmənlərinin  dini siyasətdən ayırmaq istəklərinə işarə edib və bildirib ki, Qədir Xum mövzusu , islamın bu sekulyar  baxışı rədd etməkdə əsas məntiqini özündə əks etdirir. Çünki Qədir Xum islamın hakimiyyət və siyasətə nə dərəcə təkid etdiyini göstərir.
Ali Lider həmçinin Qərb ölkələrini terrorizmə dəstək verməkdə tənqid edib."ABŞ, Sionizm və təfriqə salmaq uğrunda təcrübəli mütəxəssis olan xəbasətli İngiltərə inqilabın qələbəsindən sonra şiə və sünni arasında ixtilaf salmaq üçün səylərini daha da artırıb".
Ayətullah Xamenei deyib ki, İraq və Suriyada təkfirçilərin üzə çıxması hegemon ölkələrin müsəlmanlar arasında ixtilaf planıdır və  onlar Əl-Qaidə və İŞİD-i  İslam Respublikasına qarşı çıxmaq üçün yaradıb, lakin indi özləri  ona giriftar olublar. 
Ali Lider regionda baş verən proseslər haqda bildirib ki, bu hadisələri araşdırdıqda görürük ki, ABŞ və onun müttəfiqləri məkirli plan olaraq İŞİD-lə mübarizədən söz açır halbuki onlar, müsəlmanlar arasında təfriqə və düşmənçilik salmağı öz qarşılarında  məqsəd qoyublar.
Həzrət Ayətullahəl-Üzma Xamenei vurğulayıb ki, İslam və Quran hakimiyyətini qəbul edən hər bir şəxs, şiə və ya sünni olduğundan asılı olmayaraq,  amerikan-sionist siyasətlərinin islam və müsəlmanların əsas düşməni olduğunu anlamalıdır. /
 

 

Google+ WhatsApp ok.ru