Ali Lider: Qərb ölkələrinin casusluq şəbəkəsi şiə və sünni arasında ixtilaflar yaratmağa çalışır

Ali Lider Ayətullah Xameneinin çıxışı əlavə olunub

Xəbər verdiyimiz kimi, bu gün  İslam İnqilabının rəhbəri, Ali Lider Ayətullah Seyyid Əli Xamenei İranın hökumət nümayəndələri və Tehranda İslam Peyğəmbərinin (s) mövludu münasibəti ilə keçirilən Beynəlxalq Vəhdət Konfransı iştirakçılarını qəbul edib.

Maide.az xəbər verir ki, qəbul 9 yanvar - 17 rəbiul-əvvəl əziz İslam Peyğəmbəri Həzrət Mustafa (s.ə.s) və vilayət səmasının 6-cı parlaq ulduzu Həzrət İmam Cəfər Sadiqin (ə) mövlud günü münasibəti ilə baş tutub. 

Ali Lider Ayətullah Xamenei çıxışında bildirib ki, “vəhdət” İslam Peyğəmbərinin (s) verdiyi ən böyük dərsdir və müsəlman xalqların buna ehtiyacı var. “İslam Peyğəmbərinə (s) sözdə deyil, o həzrətin vəhədətlə bağlı mesajlarını icra etməklə dəyər verilməlidir və bu, müsəlman xalqlar və ölkələrin prioritet məsələsi olmalıdır.”

Ayətullah Xamenei İslam Peyğəmbərinin mövludunu “elm, ağıl, əxlaq, rəhmət və vəhdət”in doğum günü adlandırıb. “Bu dərin və səadət bağışlayan anlayışların həyata keçirilməsində İslam ölkələrindəki elitaların, alimlərin, siyasətçilərin, rəsmilərin öhdəliyi daha da ağırdır”.

Ali Lider Ayətullah Xamenei İslam dünyasında düşmənlərin separatçı layihələrinin bu gün uğur qazanmasından təssüfləndiyini bildirib. “Əgər müsəlmanlar  bu qədər unikal imkanlarla, detallarda deyil ümumi oriyentasiyalarda bir olsalar, müsəlman xalqların inkişafı sığortalanacaq.”

Ayətullah Xamenei Fitir bayramı namazını və Həcc mövsümündə müsəlmanların əzəmətli toplanmasını müsəlman xalqlarının birliyinin əzəmətini göstərmək üçün nümunə olduğunu bildirdi. “Bu il (İranda il martın 21-də dəyişir) İmam Hüseyn (ə) ərbəin mərasimində aralarında sünnilərin də olduğu milyonlarla müsəlmanın toplantısı dünya müsəlmanlarının ən böyük toplantısı kimi İslam dünyasının fəxr edə bilməsi üçün şərait yaratdı.”

Ayətullah Xamenei ərbəin günlərində İmam Hüseyn (ə) zəvvarlarına xidmət etdikləri üçün İraq xalqına, tayfalarına və dövlətinə təşəkkürünü bildirdi.

Ali Lider şiə və sünni məzhəblərini bir-birlərinə şübhə və hörmətsizlik etməkdən çəkinməyə çağırdı və bildirdi ki, bu gün Qərb ölkələrinin casusluq şəbəkəsi şiə və sünni arasında ixtilaflar yaratmaq üçün çalışır.  “Britaniyanın Mİ6 kəşfiyyat xidmətinin yaratdığı şiəçilik və ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin yaratdığı sünniçilik hər ikisi İslama və Peyğəmbərə (s) ziddir.”.

Ayətullah Xamenei müsəlmanlar arasında vəhdətin yaradılması məsələsində İmam Xumeyninin (r) bayraqdar olduğunu və İslam Respublikasının son 35 il ərzində müsəlmanlara xüsusi ilə əhli-sünnə qardaşlara yardımlarından danışıb. 

Ayətullah Xamenei bəzi region ölkələrinin İrana qarşı düşmənçilik siyasəti yürütməsini böyük səhv adlandırıb və deyib ki, onların bu cür ağılsız siyasətlərinə baxmaayraq İran öz xarici siyasətində müsəlman ölkələri ilə xüsusi ilə regionun müsəlman ölkələri ilə həmişə dostluq və qardaşlıq münasibətini qurmağa çalışır.

İslam İnqilabının rəhbəri, Ali Lider Ayətullah Xamenei müsəlmanların birləşməsini bütün islami ölkələrin mənafeinə uyğun olduğunu vurğuladı və bildirdi ki, bütün müsəlmanlar hegemonlar qarşısında o cümlədən ABŞ və işğalçı İsrail kimilərin qarşısında dayanmalı  və öz aralarında mehriban və bir olmalıdırlar. /

 
 
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru