Beynəlxalq Amnistiya Təşkilatının qərarı ədalətsizlik kimi qiymətləndirildi

Beynəlxalq Amnistiya Təşkilatının Ərəbistanlı şiə din alimi Höccetülislam Tofiq Amir haqqında verilən qərar barədə mövqeyi ədalətsizlik kimi qiymətləndirildi və bunun Ərəbistandakı şiə cəmiyyətinə qarşı təzyiqi dəstəklədiyi qeyd edildi.
 
Maide.az xəbər verir ki, Şeyx Tofiq Amirin vəkili olan Sadiq Cibran twetter hesabından belə yazıb:
 
"Ərəbistan məhkəməsi Şeyx Tofiq Amir haqqında 8 il həbs, 10 il xalqa xitab etmək və səfər qadağasını təsdiq edib.
 
Beynəlxalq Amnistiya Təşkilatı da rəsmi saytından bu hökmü dəstəkləyib. 
 
Şeyx Amir guya dövlətçiliyi pisləmiş, İslam alimlərinin inanclarını qəbul etməmiş, ölkədə təkfirçilik etmiş və mövcud hakimiyyət əleyhinə fətva vermişdir. Bütün bu ittihamları 2011-ci ildə irəli sürülüb. Hazırda onun haqqında verilən qərar ədalətsizlikdir. Xüsusilə bu qərarın Ərəbistanda şiə cəmiyyətinə qarşı təzyiqlərin artdığı bir dövrdə verilməsi narahatlıq doğurur.
 
Beynəlxalq Amnistiya Təşkilatının Yaxın Şərq və Şimali Afrika təmsilçisi Səid Əbu Məduhə verdiyi açıqlamada Ali Səud sülaləsindən Şeyx Amirin azad edilməsini və konstruktiv tənqidlərin din alimlərinin həbsinə səbəb olmamasını istəyib: "Şeyx Amir dövlət əleyhinə susqunluğa etiraz etdiyi üçün ağır əvəz ödəyib. Bu səbəbdən, əleyhinə yönəlmiş bütün ittihamlar ləğv edilməli və bəraət verilməlidir."

Google+ WhatsApp ok.ru