Ali Lider: İslam dünyasındakı ixtilafların nəticəsidir ki, sionistlər bu qədər həyasızlıq edir

 
İslam İnqilabının rəhbəri Ali lider Ayətullah Əli Xamenei bu gün Fitr bayramı münasibəti ilə bu ölkədə fəaliyyət göstərən müsəlman ölkələrin səfirləri və İranın dövlət rəsmiləri ilə görüşüb. 
Maide.az-ın İranın Fars agentliyinə istinadən məlumatına görə, görüşdə çıxış edən Ayətullah Xamenei Fitr bayramı münasibəti ilə bütün müsəlmanları təbrik edib və bu bayramın “vahid ümmətin bayramı” olduğunu vurğulayıb.
Ali Lider Ayətullah Xamenei  bütün müsəlman ölkə rəhbərlərini vahid və güclü bir ümmətin təşkili üçün ixtilafları bir tərəfə qoymağa çağırıb.
Ayətullah Xamenei həmçinin Qəzzada baş verən hadisələr toxunub və yenidən bütün müsəlmanları Fələstinin məzlum xalqına yardım etməyə çağırıb.
 “İslam dünyası bütün ixtilafları bir tərəfə qoyub,bütün gücünü Qəzza xalqının ehtiyaclarını təmin etmək üçün istifadə etməlidir. İslam ölkələri Sionistlərin cinayətləri ilə mübarizə aparmaqla yanaşı, onları dəstəkləyənlər xüsusi ilə ABŞ və İngilis kimi ölkələrə öz nifrətlərini bildirməlidir”, -deyə Ayətullah Xamenei deyib. 
Ayətullah Xamenei deyib ki, İslam dünyasındakı ixtilafların nəticəsidir ki, sionistlər bu gün Qəzzada bu qədər həyasızlıq edir. “Qərb ölkələrində olan gizli senzura nəticəsində, Qərb ölkələrində yaşayan xalq kütləsinin Qəzzada baş verən cinayətlərin həqiqiətini öyrənməsinin qarşısını alınır. Lakin bu cinayətlər o qədər faciəli və ürək ağrıdandır ki, həmin cinayətlərin bir hissəsinin belə Qərb mətbuatında yayımlanması ,həmin ölkələrdə yaşayan qeyri- müsəmanları etiraz üçün küçələrə çəkir”,–deyə Ayətullah Xamenei bildirib. 
 Ayətullah Xamenei Qəzza xalqının tək qaldığını vurğulayıb və deyib ki, bütün islami dövlətlərə mesajımız budur ki, gəlin bu məzlum xalqın yardımına tələsək və göstərək ki, İslam dünyası zülmün qarşısında sakit durmayacaq. “Bunun üçün bütün müsəlman ölkələri, siyasi və qeyri-siyasi fikir ayrılıqlarını və ixtilaflarını bir tərəfə qoyub , qan içən sionistlərin əlində çırpınan məzlum xalqın yardımına tələsməlidir”,-deyə Ayətullah Xamenei bildirib.
Ayətullah Xamenei deyib ki, müsəlman ölkələri iki əsas işi görməlidir. Birincisi Qəzza xalqına yaşamaq üçün lazimi şəraitin yaradılmasına çalışmalı və ikincisi sionist rejmi və onu dəstəkləyənlərin qarşısında  uyğun və güclü reaksiya verməlidirlər. 
Ayətullah Xamenei Qəzza xalqının hazırda ərzaq, su, dərman,xəstəxana təchizatı və evlərinin yenidən qurulmasına ehtiyacları olduğunu bildirib və deyib ki, onların həmdə özlərini müdafiə etmək üçün silaha ehtiyacları var. /
 
 
 
 

Google+ WhatsApp ok.ru