Qəzzalı komandir sionist rejimini hədələdi

Əsgərlərimiz sizin yaşamağa olan sevginiz qədər ölümü sevirlər

İsrail hücumlarını dayandırmayınca və Qəzzanın blokadası tamamilə qaldırılmayana qədər atəşkəs olmayacaq. Bunu Həmas -ın hərbi qanadı olan  İzzəddin əl-Qəssam briqadasının komandiri i Məhəmməd Dayf  deyib.

Maide.az-ın Əl-Əqsa televiziyasına istinadən məlumatına görə, Dayf deyib ki, “Sionist rejim fələstinlilərin sabitliyini təmin etmədikcə, işğal olunmuş ərazilərdə sionistlərin sabitliyi olmayacaq”, -deyə Dayf bildirib.

O sionist rəsmilərini hədələyərək bidlirib ki, “Düşmən bunu bilsin ki, Qəzzada durum düşündüklərindən də çətindir. Əsgərlərimiz sizin yaşamağa olan sevginiz qədər ölümü sevirlər.  Sizin ölüm qorxunuz qədər onlar şəhid olmağa çalışırlar. Btün qruplar müqaviməti gücləndirmək üçün birləşiblər”, -deyə Dayf bildirib.

Dayf  əlavə edib ki, işğalçı israilin hərbi təyyarələri, hərbi gəmiləri və topxanalrının edə bilmədiyini onların quru qoşunları da edə bilməyəcək. Əsgərlərimiz yer üstü əməliyyatlar zamanı onlara pusğu qurub məhv edəcək. /

Google+ WhatsApp ok.ru