Ali lider Ayətullah Xamenei İran generalının şəhid olması ilə bağlı başsağlığı verib

Cihad və şəhidlik arzusunda olanlar saysız və əqidələri möhkəmdir

Ali lider Ayətullah Xamenei İran generalının şəhid olması ilə bağlı başsağlığı verib. Maide.az xəbər verir ki, başsağlığı məktubunda deyilir:
 
Bağışlayan və Mərhəmətli Allahın adı ilə
 
Şərəfli general, şəhid Hüseyn Həmədaninin şəhidlik zirvəsinə nail olması ilə əlaqədar onun dəyərli ailəsinə, yaxınlarına və dostlarına, döyüş yoldaşlarına və fəxarətli İslam İnqilabı Keşikçilər Korpusunun kollektivinə öz təbriklərimi və başsağlığı diləklərimi çatdırıram.
Bu köhnə, səmimi və çalışqan döyüşçü, öz pak və imanlı gəncliyini şərəf və kəramət cəbhələrində, İslam diyarının və İslam Respublikası dövlətçiliyinin müdafiəsi yolunda fəda edib, öz bərəkətli ömrünün son dövrünü və nurani simasını Əhli-beyt (ə) məqbərəsinin qorunması üçün və təkfirçi, antiislam quldurlarının qarşısında keçirib, və elə bu şərəfli cəbhədə öz arzusuna, yəni Allah yolunda can vermək və cihad etməyə nail olub, qoy Allahın lütfü və mərhəməti ona şamil olsun.
İranında, İİKK-da və İslam Respublikasının bütün Silahlı Qüvvələrində xidmət edən və cihad, şəhidlik üçün can atanlar saysız və əqidələri möhkəmdir. Allah şəhid Həmədaniyə və bütün haq yolunun mücahidlərinə rəhmət etsin.
 
Seyid Əli Xamenei /

Google+ WhatsApp ok.ru