Ali Lider ekoloqlarla görüşdü - FOTO

Maide.az xəbər verir ki, Ali Lider Ayətullah Seyyid Əli Xamenei bu gün səhər Tehranda İranın Ətraf Mühitin Qorunması və Ekologiya Təşkilatının nümayəndələri ilə görüşüb.  
 
Ali Lider çıxış edərək, XIX əsrin sonlarından başlayan elmi–texniki tərəqqi, sənayenin sürətli inkişafı nəticəsində ətraf mühitə edilən təsirlərin XX əsrin ortalarında öz mənfi nəticələrini büruzə verməyə başladığını deyib. O bildirib ki, insanlar təbiətə münasibətlərini dəyişməyəcəkləri təqdirdə, yəni onun ehtiyatlarından səmərəsiz istifadəyə son qoymayacaqları təqdirdə bu proses onların özlərinə qarşı çevriləcək və arzuolunmaz nəticələrə gətirib çıxaracaq.
 
Ayətullah Seyyid Əli Xamenei daha sonra bildirib ki, ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi istiqamətində İranda mühüm işlər görülməlidir. Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa, meşələrin bərpa edilməsi və artırılmasına dair milli proqramlar, həmçinin hidrometeorologiyanın inkişafına dair dövlət proqramının tətbiqi sürətləndirilməlidir.

Qeyd edək ki, bir neçə gün əvvəl mediada Ali Lider Ayətullah Xameneinin səhhətində problemlərin yarandığı haqda yalan xəbər yayılmışdı. Məlumatda onun vəziyyətinin kritik olduğu, hətta xəstəxanaya yerləşdirildiyi bildirilirdi. Rəsmi mənbələr isə medianın bu xəbərini həqiqətdən uzaq dezinformasiya adlandırmışdı. Bugünkü görüş bir daha həmin xəbərlərin hansı məqsədlərə xidmət etdiyini ortaya qoydu.

 

Google+ WhatsApp ok.ru