Ali Lider İslam İnqilabının qurucusu İmam Xumeyninin qəbrini ziyarət edib

İslam İnqilabının qələbəsinin 36-cı ildönümü və İslam İnqilabının dahi rəhbəri və böyük qurucusu Ayətullah Ruhullah Musəvi Xumeyninin İrana qayıtması günü ərəfəsində  Ali Lider Ayətullah Əli Xamenei bu gün səhər İmam Xumeyninin (rə) qəbrini ziyarət edib, dualar oxuyub və İmam Xumeyninin xatirəsini yad edib.
Maide.az-ın məlumatına görə, Ali Lider Ayətullah Xamenei həmçinin İslam İnqilabının qələbəsi uğrunda şəhid olan digər şəhidlərin qəbrlərini ziyarət edib və  onların ruhuna dualar oxuyub.
İslam İnqilabının böyük qurucusu Ayətullah Xumeyni bəhmən ayının 12-də Fransadan İrana gəlib və İslam İnqilabı İmam Xumeyninin dönüşündən 10 gün sonra qələbə çalıb. Hər il İran İslam inqilabının ildönümü ilə əlaqədar olaraq bəhmən ayının 12-dən  22-dək "Fəcr ongünlüyü" bayram tədbirləri keçirilir. İmam XumBu il "Fəcr ongünlüyü" fevralın 1-dən 11-dək qeyd olunacaq./


 

 

Google+ WhatsApp ok.ru