Sionist rejim hərbçiləri Qəzza və İordan çayının qərb sahilinə hücum edib

Sionist rejim hərbçiləri İordan çayının müxtəlif bölgələri və Qəzza zolağına hücum edib, hücum zamanı bir qrup fələstinlini yaralanıb və onlarla insane həbs olunub.
Maide.az xəbər verir ki, Livanın Əl-Əhd xəbər portalının məlumatına görə, sionist rejim hərbçiləri ötən gün İordan çayının qərb sahilində, Nablosun şərqində yerləşən Əsgər fələstinli düşərgəsinə hücum edib və hücum zamanı bir neçə nəfər yaralanıb.
Fələstinin təhlükəsizlik mənbələri də ötən gün İordan çayının qərb sahilində, Cənin şəhərinin cənub-qərbində 3 fələstinlinin naməlum və maskalı şəxslərin hücumuna məruz qalmasından xəbər verib.
Sionist rejim hərbçiləri həmçinin, İordan çayının qərb sahilində Qilqiliya və Beyt Ləhm şəhərlərinə hücum edərək, 3 fələstinlini həbs edib.
Bu arada yüzlərlə sionist qəsəbə sakini Nablosun şərqində, Yusif Peyğəmbərin(ə) məqbərəsinə yürüş ediblər,  yürüş zamanı sionist qəsəbə sakinləri ilə fələstinlilər arasında toqquşma baş verib.  Bu toqquşmalar zamanı bir fələstinli gənc yaralanıb.
Həmçinin sionist rejim hərbçiləri Qəzza zolağının cənubunda yerləşən Xan Yunusa hücum edib, fələstinlilərin evləri və əkin sahələrini atəşə tutublar. Nəticədə, fələstinli əkinçilər öz əkin sahələrini tərk etməyə məcbur olub.
Sionist rejim hərbçiləri 50 günlük müharibənin ardınca müqavimət qüvvələri ilə atəşkəs müqaviləsinin imzalanmasından indiyədək davamlı olaraq, fələstinlilərə qarşı hücumlar həyata keçirir.
Sionist rejimin ötən ilin iyul ayında  Qəzzaya olan 50 günlük hücumları zamanı 2300 fələstinli şəhid olmuş, 11 mindən çox insan da yaralanmışdı./

 

Google+ WhatsApp ok.ru