Ali Rəhbər Ayətullah Xamenei Dövlət Televiziya və Radio Təşkilatına yeni sədr təyin edib

Ali Rəhbər Ayətullah Seyyid Əli Xamenei Dövlət Televiziya və Radio Təşkilatına yeni sədr təyin edib. 
Maide.Az xəbər verir ki, Ali Rəhbərin sərəncamına əsasən, Doktor Əbdüləli  Əliəskəri Dövlət  Televiziya və Radio  Təşkilatına sədr təyin olunub.  
Ali Rəhbərin  sərəncamında  bildirilir:  cənab Məhəmməd Sərəfraz  tutduğu vəzifədən istefa verməsini nəzərə alaraq,onun inqilabi və dəyərli çalışmalarına təşəkkür edir və cənab Əbdüləli Əliəskəri sizin televiziya sahəsində təcrübənizi və inqilabi fəaliyyətlərinizi nəzərə alaraq bu vəzifəyə təyin edirəm. 
Qeyd edək ki, M.Sərəfraz 2014-cü ildə  İran Dövlət Televiziya və Radio Təşkilatının sədri təyin olunmuşdur. Məhəmməd Sərəfraz 10 ildən çox bu təşkilata başçılıq edən İzzətullah Zərqamini əvəz etmişdir.
İran KİV-nin məlumatına görə, M.Sərəfraz işə başladığı gündən Dövlət Televiziya və Radio Təşkilatında əsaslı islahatlara əl atıb. Bəzi KİV-lər bunu "İslam İnqilabından sonra görünməmiş islahatlar" adlandırmışdır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Qeyd edək ki, Doktor Əbdüləli  Əliəskəri bundan öncə  Mədəni İnqilab Ali Şurasında  müdir,  İslami irşad və mədəniyyət nazirinin müavini, Televizya və Radio İnistitunun rektoru, Dövlət Televiziya və Radio Təşkilatının  rəis müavini vəzifələrində çalışııb. 
 

Google+ WhatsApp ok.ru