Ali Rəhbərin iştirakı ilə İmam Səccadın (ə) şəhadət axşamı mərasim keçirilib - FOTO

Ali Rəhbərin iştirakı ilə İmam Səccadın (ə) şəhadət axşamı mərasim keçirilib - FOTO

Ali Rəhbəri, dövlət rəsmiləri, qəlbində Kərbəlanın azad insanları və şəhidlərinin hüznü olan minlərlə insanın iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyyədə şəhidlər ağası və öndəri Həzrət Əba Əbdillah Hüseynə (ə) və onun vəfalı səhabələrinə həsr edilmiş matəm mərasimi keçirildi.
 
Maide.Az xəbər verir ki, Həzrət İmam Səccadın (ə) şəhadət axşamı keçirilən mərasim çıxışında İmam Səccadın (ə) nurlu həyatının  elmi, ictimai və siyasi cəhətlərini , o həzrətin ibadət yolu ilə təbliği haqqında danışılıb. İmam Səccadın (ə)  çətin şəraitdə, yezidilər və öməvilər hökumətlərinin repressiya və zülmü dövrində Əhli-beyt(ə) davamçılarını sərt bir tarixi döngədən başıucalıq və əzəmətlə keçirməsi vurğulandı. Bildirildi ki, İmam Baqir (ə) və İmam Sadiqin (ə) dövründə elmi hərəkətin genişlənməsi məhz Həzrət İmam Səccadın (ə) mübarizələrinə borcludur." 
 
Bu mərasimdə Həzrət Seyyidüşşühəda (ə) və onun ailəsinin başına gələn müsibətlərdən danışılıb mərsiyyə və növhələr oxundu. 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru