Almaniyada 100 kiloqram çəkisi olan qızıl sikkə oğurlanıb

Almaniyada 100 kiloqram çəkisi olan qızıl sikkə oğurlanıb

Almaniya muzeyindən üzərində kraliça II Elizabetin şəkili olan 100 kiloqramlı qızıl sikkə oğurlanıb. 
 
Maide.İnfo xəbər verir ki, bu  sikkə Berlin muzeyindən oğurlanıb. 
Polis bildirib ki, əldə olunan məlumata görə, oğru və ya oğrular muzeyin arxa divarındakı pəncərənin şuşəsini sındıraraq içəri daxil olub və sikkənin saxlandığı yerə gedib.
 
Verilən məlumata görə ağır çəkili bu sikkə güllə keçirməz şüşənin altında saxlanılırdı.
 
Muzey rəsmilərinin məlumatına görə, bu sikkə 2007-ci ildə hazırlanıb və sikkənin hazırlanmasında xalis qızıldan istifadə olunduğu üçün Ginnesin rekordlar kitabında qeydə alınıb. /

Google+ WhatsApp ok.ru