Almaniyada antiislamçıların işi üzrə prokuror ölümlə hədələndi

Almaniya Ədliyyə Nazirliyinin sözcüsü bildirib ki, PEGİDA üzvü olan antiislamçıların etirazlarına dair “Qətl simvolu” cinayət işi ilə məşğul olan Drezden şəhərinin prokuroru elektron poçt vasitəsilə ölümlə hədələnib.
Maide.az xəbər verir ki, PEGİDA adlanan “Qərbin islamlaşmasına qarşı çıxan vətənpərvər avropalılar” antiislamçılar qruplaşması tərəfindən dar ağacının nümayiş etdirilməsi (qətl simvolu) üzrə cinayət işini öz üzərinə götürmüş Saksoniya əyalətinin Drezden şəhərinin prokuroru “Yan Hile” ölüm təhdidlə dolu e-mail məktublar alıb.
Almaniyanın şərqində yerləşən Saksoniya əyalətinin Ədliyyə naziri Sebastiyan Qomkuf bununla bağlı 14 oktyabrda bildirib: prokuror və hakimlərə qarşı istənilən təhdid və təhqir qəbuledilməzdir.
Drezden şəhərinin prokuroru “Yan Hile” hal-hazırda şəxsiyyətləri hələlik müəyyən edilməyən təhdid edən şəxslərin aşkarlanması üçün tədbirlər görür.
Drezden prokuroru günahkarlar tərəfindən gönrədilən bəzi e-mail məktubların məzmunu ilə bağl “Build” qəzetinə müsahibəsində açıqlama verib. Həmin elektron məktublardan birində deyilib: “Sizin üçün dar ağacı hazırlanıb və hamınız dar ağacından asılacaqsınız ”. Prokurorun güllələnəcəyi ilə hədələndiyi başqa bir məktubdə isə, yazılıb: “Cavab verəcəyin gün yaxınlaşır”.
Daha əvvəl, 12 oktyabr bazar ertəsi günü radikal PEGİDA qruplaşmasının minlərlə tərəfdarı və üzvü Almaniyanın Drezden şəhərində etiraz aksiyası təşkil edib.  /
 

 

Google+ WhatsApp ok.ru