Almaniyada atışmada ölənlərin sayı 11 nəfərə çatıb 20 Fevral 2020 10:37 Dünya Almaniyanın Hessen əyalətinin Hanau şəhərindəki atışma nəticəsində ölənlərin sayı artıb. “Report” “Anadolu”ya istinadən xəbər verir ki, hadisədə həyatını itirənlərin sayı 11 nəfərə çatıb. Nəşrin məlumatına görə, daha 5 nəfər ağır yaralanıb. Bildirilib ki, silahlı insident şəhər ərazisində yerləşən iki qəlyanxanada baş verib. Atışmadan sonra bir nəfər saxlanılıb. Lakin, hüquq-mühafizə orqanlarının əməkdaşları məlumata münasibət bildirməyib. Nəşr hadisə zamanı ölənlərin etnik kürdlər olduğunu ehtimal edir. Qeyd edək ki, bundan öncə silahlı insident zamanı səkkiz nəfər qətlə yetirildiyi bildirilmişdi. “Report” “Bild” nəşrinə istinadən xəbər verir ki, silahlı insident zamanı səkkiz nəfər qətlə yetirilib. Teqlər : #Almaniyada,#atışmada,#ölənlərin,#sayı,#nəfərə,#çatıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru BMT: Uşaqların gələcəyi təhlükə altındadır Hələbin yaxınlığında terrorçulara məxsus yeraltı şəhər aşkar edilib - VİDEO
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO