Almaniyada `ekstremizm; İslam və ictimaiyyət üçün əsas problem` adlı toplantı keçirilib

Almaniyanın "İslami Məzhəblərin Yaxınlaşması" (Təqrib) təşkilatı özünün 5 illik yubleyində Hamburqun İslam Mərkəzində "ekstremizm; İslam və ictimaiyyət üçün əsas problem" adlı toplantı keçirdi.
Maidea.az-ın İQNA-ya istinadən məlumatına görə, İslam Peyğəmbərinin (s) doğum günü və "vəhdət" həftəsi münasibəti ilə yanvarın 10-da  keçirilən toplantıda  İslam və ictimaiyyət üçün əsas problemlər müzakirə olunub,  Fransadakı son terror hadisələri və digər məsələlər müzakirə olunub.
Toplantıda Ayətullah Dr. Ramazani (Hamburqun İslami Mərkəzinin müdiri və İmam Camaat), Ayman Mazik (Almaniya Müsəlmanlarının Mərkəzi Şurasının rəisi), Mustafa Yoldaş (Hamburq Müsəlmanlar Şurasının rəisi), Kətayun Əmirpur (Hamburq Universitetinin İslamşünaslıq Kafedrasının rəisi), Əli Qəndur (Munestir universitetindən), Yasmin Şumən (Berlin Universitetindən), Anderya Selinski (London Universitetindən), Ünal Qaymaqçı (Almaniya Şiələr Birliyinin rəisi) və digər ictimai nüfuzlu şəxlər çıxış ediblər. /


 

Google+ WhatsApp ok.ru