Kəbənin imam xətibi: `Öz övladlarımızın bizi vurması necə də acıdır`

Məscidul-Haramın imam xətibi Saleh bin Həmid bir neçə gün əvvəl İraq-Ərəbistan sərhədinə hücum edən terrorçulara işarə edərək belə danışıb: "Sələfilik anlayışı ilə tərbiyə etdiyimiz öz övladlarımızın bizə qarşı qiyamı və ölkəmizin təhlükəsizliyini təhdid etmələri nə acı bir haldır."
 
Maide.az xəbər verir ki, Şeyx Saleh Həmid Ərəbistanın uzun müddətdən bəri ölkənin daxili təhlükəsizliyi məsələsində narahat olduğunu qeyd edib və sözlərini belə davam etdirib: "Uzun müddətdir ki, terror təhlükəsi təhlükəsizliyimizi təhdid edir. Bu səbəbdən beynəlxalq terrorizmlə mübarizə mərkəzinin yaradılması Ərəbistanın mühüm işlərindən biridir. Ərəbistan həmişə terrora qarşı bir ölkə olmaq mövqeyini qorumuşdur."
 
Xatırladaq ki, Şeyxin bu cür danışmasına baxmayaraq, artıq sübuta yetirilmiş bir faktdır ki, beynəlxalq terrorizm məhz Səudiyyə Ərərbistanı tərəfindən maliyyələşdirilir və Qərb tərəfindən də himayə edilir. Bu gün İraq və Suriyada qətliamlar törədən, insanların namusuna təcavüz edənlər məhz Ərəbistandan qaynaqlanan sələfi əqidəsinin daşıyıcıları olan İŞİD-çilərdir. 

Google+ WhatsApp ok.ru