Almaniyada hava limanında stresli sərnişinlər üçün dua otaqları quraşdırılıb

Almaniyada hava limanında stresli sərnişinlər üçün dua otaqları quraşdırılıb

Almaniyanın Ştuttqart Hava Limanında təyyarəyə minmək üçün stresi və qorxusu olan sərnişinlər üçün “dua kabinələri” quraşdırılıb. 
 
Maide.Az “christianpost” istinadən xəbər verir ki, kabinədə irqindən, dinindən dilindən asılı olmayaraq istənilən ölkənin vətəndaşı dua edə bilər. 
 
Qurğunun içərisind 65 dildə 300-dən çox müxtəlif dualar var. "Dua robotu" adlanan kabinəyə oturan sərnişin düyməni basaraq 300 duadan birini seçib oxuya bilər. 
 
Sərnişin qurğunun quraşdırıldığı kabinəyə girir, pərdə bağlanandan sonra robotun üzərində qoyulmuş xüsusi menyuda öz inancına və dilinə uyğun duaları seçir. Seçdiyi duaya 5 dəqiqə ərzində qulaq asır. Qurğudan yalnız təhlükəsizlik nəzarətindən keçmiş təyyarəyə minəcək sərnişinlər istifadə edə bilər. /

Google+ WhatsApp ok.ru