Fransada ikinci tur prezident seçkilərində Makron qalib gəlib - YEKUN NƏTİCƏLƏR 08 May 2017 01:00 Dünya Fransada ikinci tur prezident seçkilərinin qalibi müəyyənləşib. Artıq bülletenlərin 100 faizi hesablanıb. Seçkilərin təşkili və keçirilməsi ilə məşğul olan Fransa daxili işlər nazirliyinin məlumatına əsasən, Emmanuel Makron 66,06% , Marin Le Pen isə 33,94 səs toplayıb. Ümumlikdə, E.Makrona 20,7 milyon seçici səs verib. Seçkilərdə seçicilərin 74,62 faizi iştirak edib. Onlardan 11,5 faizi seçki qutularına boş bülletenlər atıb. Emmanuel Makron 1977-ci il, dekabrın 21-də Amyen şəhərində doğulub. 2004-2008-ci illərdə Fransa İqtisadiyyat nazirliyində müfəttiş vəzifəsində çalışıb. 2008-ci ildə “Rothschild & Cie” bankında fəaliyyətə başlayan E.Makron iki il sonra bankın idarəçi tərəfdaşı postunadək yüksəlib. 2012-2014-cü illərdə prezident Fransua Ollandın administrasiyasında çalışıb. 2014-cü ildə Fransanın İqtisadiyyat naziri təyin edilib. 2016-cı il, avqustun 30-da vəzifəsindən istefa verib. 2006-2009-cu illərdə Sosialist partiyasının üzvü olub, 2016-cı ildə “İrəli!” hərəkatını yaradıb. Evlidir.(apa) Teqlər : #Fransada ikinci tur prezident seçkilərində Makron qalib gəlib YEKUN NƏTİCƏLƏR , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İrandan Səudiyyə Ərəbistana sərt xəbərdarlıq: Məkkə və Mədinədən başqa hər yeri dağıdarıq Almaniyada hava limanında stresli sərnişinlər üçün dua otaqları quraşdırılıb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO