Almaniyada islamafobiya artmaqda davam edir

Almaniyada İslam əleyhinə növbəti aksiya keçirilib
Maide.az xəbər verir ki, “PEGİDA” qrupu Almaniyanın Saksoniya əyalətinin paytaxtı Drezdendə dünən İslam əleyhinə növbəti nümayiş keçirib.
Özləri “Qərbin islamlaşmasına qarşı avropalı vətənsevərlər” adlanan “PEGİDA” qrupunun aksiyasına 9 min nəfər qatılıb.
Aksiya iştirakçıları Drezden küçələrində dolaşaraq İslam əleyhinə şüarlar səsləndiriblər, hökumətin müsəlman qaçqınlara sığınacaq verməsini tənqid ediblər.
Qeyd edək ki, “PEGİDA” qrupu Avropada İslam dini və müsəlmanlara qarşı ən radikal qruplardan biridir./
 

Google+ WhatsApp ok.ru