Əsəd qüvvələri Rusiyanın hava dəstəyi ilə quru əməliyyatına başlayıb

Rusiyanın Hamanın şimalında artırdığı hava hücumlarının altında Suriya ordusu quru əməliyyatına başlayıb.
 
Maide.az-ın məlumatına görə, Hamanın şimal kəndindəki Cəbhətuş Dəməşq terror təşkilatının komandiri Əhməd Cabir Türkiyənin "Anadolu" agentliyinə məlumat verib ki, Rusiya təyyarələrinin səhər saatlarında başlayan hava hücumları hələ də davam edir.
 
Suriya ordusunun Rusiyanın hücumları ilə eyni zamanda başlatdığını əməliyyatların kəskinləşdiyini deyən Cabir, şiddətli toqquşmaların davam etdiyini bildirib.
 
Rusiyanın hava hücumları 1 oktyabrdan bu yana Homsun şimal hissəsindəki Təlbisə və Rastan rayonlarına, Mukramiyə və Zafaraniyə mahalları ilə Hamanın şimal kəndlərinə yönəlib.

Google+ WhatsApp ok.ru