Almaniyada mühacirlər əleyhinə növbəti dəfə aksiya keçirildi

Almaniyada minlərlə nəfər bir millətçi partiyanın dəvəti ilə küçələrə axışaraq, son günlər ölkəyə üz tutan mühacir axını əleyhinə aksiya keçirib.
Maide.az xəbər verir ki, Almaniyanın Derzden şəhərində minlərlə nəfər ifratçı millətçi və anti-islam partiya olan Pegida partiyasının dəvəti ilə aksiya keçirib. 
Aksiya iştirakçıları əllərində Almaniya bayrağı və üzərinə mühacirlər əleyhinə şüarlar yazılmış plakatlar ilə şəhərin əsas meydanında toplaşıb. 
Bazar günü də Almaniyanın bəzi şəhərləri mühacirlər əleyhinə oxşar aksiyanın şahidi olmuşdu. /
 
 

Google+ WhatsApp ok.ru