Aİ Şurası sədrindən mənasız açıqlama: Yeni qaçqın axını ola bilər

Avropa Parlamentində danışan Aİ Şurasının sədri Donald Tusi AB üzvü olan ölkələrə qaçqın böhranı ilə bağlı daha çox məsuliyyət götürməsi çağırışını edib.
 
Maide.az xəbər verir ki, Donald Tusi etibarlı miqrasiya məsələsəni nəzərə alınmaqla Aİ-nin xarici sərhədlərinin nəzarət altında saxlanılması lazım olduğunu bildirib.
 
Tusi dünən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Brüsseldəki görüşünə də toxunaraq, Türkiyənin Hələb və ətrafından 3 milyon potensial vətəndaşın daha qaça biləcəyini söyləyib.
 
Rusiya və İranın da dəstəyi ilə Suriya Prezidenti Bəşşar Əsədin qələbə qazanmaq ehtimalının getdikcə artdığına diqqət çəkən Tusi nədənsə Əsədin qələbəsindən sonra yeni bir qaçqın dalğasının olacağını söyləyib. Amma fikrini əsaslandıra bilməyib ki, Bəşşar Əsəd qələb çalandan sonra Suriyada hansı problemə görə insanlar öz ev-eşiklərini atıb qaçacaqlar.

Google+ WhatsApp ok.ru