Almaniyada mühacir qadınlara təcavüz!

Maide.az xəbər verir ki, Almaniyanın Köln şəhərindəki bir qaçqın yataqxanasında qalan qadınlar təhlükəsizlik xidməti əməkdaşlarının onlara təcavüz etdikləri iddiası ilə polisə şikayət edib.
 
"Kölner Stadt-Anzeiger" qəzetinin yazdığına görə, qaldıqları yataqxananın şərtlərinə etiraz edən onlarca qadın təhlükəsizlik işçilərinin onları duş alarkən, ya da uşaqlarını əmizdirərkən cib telefonu ilə lentə aldıqlarını və foto çəkdiklərini söyləyiblər.
 
Bəzi əməkdaşların isə qadınlara təcavüz edərək, birlikdə olmaq təklif etdiyi, rədd ediləndə də qadınları evdən qovmaqla təhdid etdikləri deyilir.
 
Şikayətdən sonra yataqxanada qalan qaçqın qadınların ifadəsini alan Köln polisi, hadisəni araşdırır. 

Google+ WhatsApp ok.ru