Hollandiya `halal kəsim` şərtlərini ağırlaşdırır

Hollandiyada kənd təsərrüfatı işlərindən məsul dövlət naziri Martijn van Damın bildirdiyinə görə, İslam və yəhudi inancının tələb etdiyi kimi keyikdirici verilmədən heyvan kəsilməsi məsələsində texniki qaydalara əməl olunması üçün daha sıx nəzarət ediləcək. yeni qaydaya görə, məsələn, kəsilən 40 saniyə sonra heyvan diri qalarsa, ona keyikdirici vurulacaq.
Maide.az xəbər verir ki, həmçinin kəsilən heyvanların ətləri yalnız Niderlanddakı yəhudilərin və müsəlmanların ehtiyacı qədər olacaq. Bunun Hollandiyadan halal ət idxal edən qonşu ölkələrdəki müsəlmanlara mənfi təsir göstərəcəyi bildirilir. Hollandiya hökumətindən bildiriblər ki, 2017-ci ildən etibarən başlayacaq yeni qaydalar yəhudi və İslami dairələrdə müzakirə olunacaq.
Haaqada Niderland Parlamenti 2011-ci ilin iyun ayında ölkə daxilində heyvan kəsiminə keyikdirici tətbiq edib. Ancaq ölkənin bir çox yerində müstəsna icazə alınaraq kəsim həyata keçirilir. Almaniyada yarı keyləşdirmə üsulu ilə kəsim həyata keçirilir. Ancaq bu, müsəlmanlar və yəhudilər tərəfindən tam olaraq halal hesab edilmir.

Google+ WhatsApp ok.ru