Almaniyada miqrantların yaşadığı sığınacaqda yanğın; 4 ölü, 4 yaralı -VİDEO

Almaniyanın cənub qərbində miqrantların yaşadığı sığınacaqda qəsdən törədilən yanğın nəticəsində həlak olanlar və yaralılar var.
 
Naməlum şəxslər Çərşənbə axşamı günü səhər Ştutqart şəhərinin şimalında Pforzheim rayonunda miqrantların yaşadığı sığınacağa od vurublar.
 
Bu yanğın 4 nəfərin ölümünə, 4 nəfərin isə yaralanmasına səbəb olub.
 
Ölənlərin şəxsiyyəti hələlik müəyyən edilməyib.
 
Bu arada, Ştutqartın şimal şərqində Ramzak şəhərində də qaçqın düşərgəsinə bitişik  binaya od vurulub.
Güclü yanğının sondürülməsinə yüzədək xilasedici cəlb edilib, tələfat qeydə alınmayıb.
Polis bildirib ki bu binada yaşayış olmayıb və qaçqınların yerləşdirilməsi üçün nəzərdə tutulmamışdı. /

Google+ WhatsApp ok.ru