ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbərinin şəxsi e-poçtu xaker hücumuna məruz qalıb

 
ABŞ rəsmiləri ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Con Brennana məxsus e-poçtun bir orta məktəb şagirdi tərəfindən xaker hücumuna məruz qalması haqda məlumatları araşdırırlar.
Maide.az xəbər verir ki, Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbərinin şəxsi e-poçtunu dağıtdığını iddia edən şəxs “New York Post” qəzetinə açıqlamasında deyib ki, sözügedən İdarə rəisinin işi ilə bağlı faylları, o cümlədən yüksək təhlükəsizlik akkreditasiyası ilə bağlı müraciəti ələ keçirib.
Mərkəzi Kəşfiyyat İdarəsinin müstəntiqlər bildiriblər ki, bununla bağlı araşdırmalar davam edir, lakin Con Brennana məxsus e-mailın xaker hücumuna məruz qalması haqda xəbəri təsdiq etməyiblər.  
Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbərinin e-poçtunu dağıtdığını iddia edən yeniyetmənin adı anonimdir və şəxsiyyəti haqqında məlumatlar açıqlanmır.
“New York Post” qəzeti bu şəxsin orta məktəb şagirdi olduğunu, həşiş çəkdiyini və ABŞ-ın xarici siyasətini tənqid etdiyini qeyd edib.  /
 

Google+ WhatsApp ok.ru