Almaniyada qaçqın düşərgəsində iğtişaş: 23 yaralı

Almaniyanın Zul şəhərində qaçqın düşərgəsində baş vermiş iğtişaşlar nəticəsində 17 nəfər xəsarət alıb.
 
BBC-nin verdiyi məlumata görə, hadisə yerinə gələn polis əməkdaşları hücuma məruz qalıblar, 6 asayiş keşikçisi yaralanıb.
 
Ekspertlərin rəyinə görə, ardı-arası kəsilməyən qaçqın axını həm qaçqın düşərgələrində, həm də cəmiyyətdə gərginliyin artmasına səbəb olub.
 
İlkin məlumata əsasən, bu il Almaniyada sığınacaq almaq istəyən əcnəbilərin sayı 750-800 min nəfərədək çata bilər. apa/

Google+ WhatsApp ok.ru