Almaniyada İslamı öyrənmək istəyənlərin sayı artıb - Rəqəmlər

Almaniyada İslamı öyrənmək istəyənlərin sayı artıb - Rəqəmlər

-- İslam təshili verən müəllimlər bildiriblər ki...

Son illərdə aparılan işlər nəticəsində Almaniyadakı şagirdlər arasında İslam dininə olan maraq artıb.
 
Maide.az “İQNA”ya istinadən xəbər verir ki, hazırda ölkədə 54 minə yaxın şagird İslam təhsili verən siniflərdə oxuyur.
 
Bundan başqa, aparılan sorğu nəticəsində daha 570 min şagirdin belə siniflərdə oxumaq istədiyi üzə çıxıb.
 
İslam təshili verən müəllimlər bildiriblər ki, həmin dərslərdə şagirdlərə İslam tarixi, qardaşlıq, fəlsəfə, dua, Allahla dialoq, yenidən dirilmə və əbədi həyat, dinin vəzifələri, radikalizmlə mübarizə yolları və s. mövzulardan danışılır.
 

Google+ WhatsApp ok.ru