Seyid Həsən Nəsrullah: “Regionda yeni bir mərhələyə daxil oluruq”

Seyid Həsən Nəsrullah: “Regionda yeni bir mərhələyə daxil oluruq”

-- İsrail rejiminin maraqlarına çalışanlar müqavimətə qarşı da düşmənçilik etməkdədirlər

Livanın Hizbullah hərəkatının baş katibi Seyid Həsən Nəsrullah mayın 1-i etdiyi çıxışında, 6 mayda Livanda keçirilməsi gözlənilən seçkilər və regional proseslərə dair açıqlamalar verib.
 
Maide.Az "deyerler.org"-a isinadən xəbər verir ki, Seyid Həsən Nəsrullah Səudiyyə rejiminin vəliəhd şahzadəsinin regionda müharibə törətmək üçün ABŞ və İsrail rejiminə milyardlarla dollar pul ödədiyini bildirib: “Regionda yeni bir mərhələyə daxil oluruq. Terror təşkilatları Suriyada məğlub olmaq üzrədir, ancaq ABŞ və Səudiyyə rejimi kimi müttəfiqləri məğlubiyyətlərinə dözə bilmirlər”.
 
Livan xalqından mayın 6-da keçirilməsi gözlənilən parlament seçkilərində iştirak etmələrini istəyən Seyid Həsən Nəsrullah, sözlərinin davamında bunları deyib: “Regiondakı proseslərdə İsrail rejiminin maraqlarına çalışanlar müqavimətə qarşı da düşmənçilik etməkdədirlər. Onların təxribat salmalarına imkan vermərik”.  
 

Google+ WhatsApp ok.ru