Almaniya kəşfiyyatı Hillari Klintonun şəxsi danışığını yazıb

Hillari Klinton ABŞ dövlət katibi olarkən, Almaniyanın xüsusi xidmətləri onun hökumət təyyarəsində etdiyi şəxsi danışığını qeydə alıblar.

APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, bu barədə Almaniyanın “Sueddeutsche Zeitung” qəzeti adını açıqlamayan mənbələrə istinadən yazıb.

Qəzet yazır ki, səsyazma təsadüfən baş tutub və hansısa izləmə planının bir hissəsi olmayıb: “Lakin səs qeydi dərhal məhv edilməyib”.

Bu məlumat nə Almaniya hökuməti, nə də ABŞ Milli Təhlükəsizlik Şurası tərəfindən şərh edilib. Məlum olub ki, rəsmi Berlin Federal Təhlükəsizlik Xidmətinə NATO üzrə tərəfdaş olduğu ölkələrdən birini izləmək tapşırığı verib, amma hansı ölkədən söz getdiyi açıqlanmır.

 

Google+ WhatsApp ok.ru