Bəhreyndə geniş miqyaslı etiraz aksiyası keçirilib

 

Ötən gün Bəhreynin paytaxtı Manamada bu ölkənin müstəqillik günü münasibəti ilə geniş miqyaslı etiraz aksiysı keçirilib. Aksiya iştirakçıları  Bəhreynin  Səudiyyə Ərəbistan  və Birləşmiş Ərəb Əmirlikləri rejimləri tərəfindən işğal edilməsinə etiraz ediblər. 

Maide.az-ın Ərəb KİV-lərinə istinadən məlumatına görə,  aksiyaya Bəhreynin müxtəlif müxalif partiya və hərakatlar qatılıb.  Onlar xalqın istəklərinin yerinə yetirilməsini tələb ediblər. Aksiya iştirakçıları tələblərinin yerinə yetirilənədək etirazlardan əl çəkməycəklərini elan ediblər. Bəhreyn müxalifəti əhalini etirazlarda aktiv iştirak etməyə çağırıb.  

Məlumata əsasən, etirazçıların əlllərində üzərində siyasi məhbusların şəkilləri olan plakardlar olub və etirazçılar siyasi məhbusların azadlığa buraxılmasını tələb ediblər.  Aksiya iştirakçıları ölkədə azad, şəffaf və sağlam seçkilərin keçirilməsini, konistitusiyanın dəyişdirilməsini və ölkənin idarədilməsinin xalqa tapşırılmasını istəyiblər. 

Qeyd edək ki, Bəhreyn xalqı  hökumət əleyhinə etirazlara  2011-ci ildən başlayıb. Etirazlar zamanı indiyədək 120 Bəhreynli şəhid olub.  Bəheyr inqilabının başlanmasından  indiyədəək 1000 nəfər həbs olunub və zindanlarda saxlanılır. Zindanlarda saxlanılanlar arasında az yaşlı uşaqlar, qadınlar və yeniyetmələr də var. / 

 

 
 
 
 
 

Google+ WhatsApp ok.ru