Almaniyanın daha bir əyalətində hicab qadağası ləğv olundu

Almaniyanın Şimali Reyn-Vestfalya əyalətinin Parlamentində (NRW) keçirilən səsvermə nəticəsində məktəblərdə qadın müəllimlərə tətbiq olunan hicab qadağası ləğv olunub.
 
Deyerler.org-un "Dunyabulteni"nə  istinadən verdiyi xəbərə görə, parlamentdə keçirilən səsvermədə qadağanın ləğv olunmasına Sosial Demokrat Partiya (SPD), Yaşıllar və Xristian Demokratlar Birliyi (CDU) və "Quldurlar Partiyası"nın "bəli" deməsinə  baxmayaraq, Azadlıq Demokratiya Partiyası (FDP) qanunun əleyhinə çıxıb.
 
NRW  Parlamenti və Federal Konstitusiya Məhkəməsinin məktəblərdə hicab qadağasının əslində konstitusiyaya zidd olduğu qərarını verməsindən sonra parlament qadağanı yenidən gözdən keçirərək səsverməyə  çıxarmışdır./

Google+ WhatsApp ok.ru