Almaniya Qəzzada 100 ev tikəcək 27 İyul 2016 01:00 Fələstin Almaniya Qəzzada 100 ev inşa edəcək. Maide.Az xəbər verir ki, bu evlərin tikilməsinə dair müqavilə Almaniya İnkişaf Bankı (KFW) ilə BMT-nin BMT-nin UNOPS Layihə Xidmətləri Office arasında imzalanıb. Layihə Qəzzanın yenidən qurulması üçün planlaşdırılan 120 milyon funt sterlinqlik layihə çərçivəsində həyata keçirilir. UNOPS elan edib ki, Almaniya hökuməti 100 binanın inşası üçün təqribən 5 milyon funt sterlinqlik vəsait ayıracaq. Bu layihə Norveç Qaçqınlar Şurası ilə koordinasiyalı olaraq həyata keçiriləcək. Qeyd edək ki, İşğalçı İsrail rejiminin davamlı təcavüzü nəticəsində infrastrukturu dağılan Qəzzanin yenidənqurma işləri bəzi ölkələrinin sözlərinə əməl etməməsi nəticəsində yarımçıq qalıb. Qəzza zolağında 1.7 milyon nəfər yaşayır. 2007-ci ildən Qəzza zolağı İsrail rejiminin mühasirəsində saxlanılır. 2014-cü ilin yayında sionist rejimin vəhşicəsinə hücumu nəticəsində 1000-dən çox insan həlak oldu, minlərlə insan yaralandı. Bölgənin infrastrukturu demək olar ki, tamamilə dağıdıldı. Içməli su və işığa həsrət qalan Qəzza sakinləri üçün yaşayış bu təcavüzdən sonra daha da ağırlaşdı. 2014-cü ildə Qəzzaya olan təcavüzdən sonra həmin ilin payızında Misirdə Qəzzanın yenidənqurulmasına yardım məqsədi ilə 50 ölkənin iştirakı ilə beynəlxalq konfrans keçirildi. Konfransda iştirak edən ölkələr Qəzzanın bərpası üçün 3.5 milyard dollar pul ayıracaqlarına söz verdilər. 2016-cı ilin aprel ayının 19-da Dünya Bankı Qəzza zolağının yenidənqurulması üçün verilmiş vədələrin yerinə yetirilməməsi ilə bağlı ürək ağrıdan hesabat yayıb. Dünya Bankının hesabatına əsasən, 3.5 milyard dollar vəsaitin yalnız 40 faizi indiyədək ödənilib. Teqlər : #Almaniya Qəzzada 100 ev tikəcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İsrail rejiminin əsgərləri fələstinli gənc qızı vurdu İşğalçı İsrailin hücumlarından qorunmaq üçün Qəzzada uşaqlar belə hərbi təlim keçir - VİDEO
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar