Almaniya Suriyaya hərbi müdaxilə etmək planınl təsdiqlədi

Almaniya höküməti Suriyada İŞİD terror qruplaşmasına qarşı müharibədə hərbi yardımların göstərilməsi planını təsdiq edib.

Maide.az xəbər verir ki, Almaniya parlamenti tərəfindən təsdiq olunmalı olan bu plan 1200 hərbi qüvvənin ezam edilməsi, Tornado kəşfiyyat təyyarələrinin və Hərbi Dəniz Qüvvələrinə məxsus bir ədəd freqatın göndərilməsini nəzərdə tutur.

Məlumata görə, sözügedən plan Fransanın müraciətinə əsasən və parisdə baş verən son hadisələrdən sonra qəbul edilib.

Almaniya, ABŞ-ın rəhbərlik etdiyi İŞİD-ə qarşı “koalisiya” üzvlərindən biridir, lakin hal-hazırda bu qruplaşmanın mövqelərinə qarşı hava hücumlarında iştirak etmir və yalnız maddi-texniki yardımların göstərilməsi ilə kifayətlənir.

Böyük Britaniya baş naziri Devid Kemeron da ölkəsinin Suriyaya hərbi müdaxilə planını Parlamentə təqdim edərək, Britaniyanın Suriyada hava əməliyyatlarını başlatması üçün icazə verilməsinə səsləyib.  

Layihənin bu ilin sonunadək Britaniya parlamenti tərəfindən baxılması və səsə qoyulması gözlənilir./

Google+ WhatsApp ok.ru