İraq baş naziri Ayətullah Sistaninin nümayəndələri ilə görüşüb

Baş nazir Heydər əl-Ebadi Ayətullah Sistaninin Kərbəla üzrə nümayəndəsi Şeyx Əbdül-Məhdi Kərbəlayi ilə görüşdə Ərbəində İmam Hüseyn ziyarətinə aid məsələlər və bu sahədə İraqın üzləşdiyi problemləri müzakirə edib.
 
Maide.az xəbər verir ki, İraq Baş Nazirliyindən açıqlama yayaraq bildirilib ki, görüşdə Ərbəinlə bağlı məsələlər və İmam Hüseyn (ə) zəvvarlarına xidmət, İraqın ümumi vəziyyəti və bu ölkənin daxilindəki bütün sahələrdə üzləşdiyi problemlər və İraq ordusunun terroristlərlə mübarizədə əldə etdiyi qələbələrə toxunulub.
 
Bəyanatda deyilir: Baş nazir habelə Hz. Abbas (ə) ziyarətgahının rəhbəri Şeyx Əhməd əs-Safi və Ayətullah Sistaninin Kərbəla şəhərindəki girə nümayəndəsi ilə görüşüb.
 
Bu görüşdə də anoloji məsələlər, İŞİD-lə mübarizə və İraq ordusunun antiterror əməliyyatlarındakı qələbələri müzakirə mövzusu olub.
 
Heydər əl-Ebadi dünən 30 noyabrda Ərbəin mərasimində iştirak etmək və İmam Hseyn (ə) ziyarət etmək üçün Kərbəla vilayətinə daxil olub və onu İmam Hseyn zəvvarları karvanı və bu tədbirlə əlaqədar xüsusi təhlükəsizlik tədbirləri haqda məlumat verilib./
 

Google+ WhatsApp ok.ru