Almaniya Türkiyəyə silah satışının böyük qismini dondurub 12 Sentyabr 2017 01:00 Dünya Almaniyanın xarici işlər naziri Sigmar Gabriel Türkiyəyə silah ixracatının böyük hissəsinin dondurulduğunu açıqlayıb. Reutersyazır ki, nazir Gabriel "(Silah ixracatına dair) Türkiyənin bizə göndərdiyi bütün böyük tələbləri qarşılamağı, ki bunların sayı az deyil, dondurduq", deyib. Reuters qərarın Türkiyədə pisləşməyə gedən insan hüquqlarının vəziyyəti və pozulan münasibətlər səbəbindən verildiyini yazıb. Açıqlama, Almaniyanın iqtisadiyyat qəzeti Handelsblatt-ın bazar ertəsi günü keçirdiyi bir panel zamanı verilib. Almaniyanın Xarici İşlər Nazirliyinin sözçüsü Martin Schaefer daha erkən saatlarda keçirdiyi bir mətbuat konfransında ötən həftə sonu Türkiyədə bir alman cütlüyün həbs edildiyini düşündüklərini söyləyib. Hakimiyyətdə koalisiyanın ortağı olan Sosial Demokratların (SPD) keçmiş lideri olan Sigmar Gabriel, əgər bir NATO üzvü tələb edərsə, Berlinin silah göndərməkdə borclu olduğunu xatırladıb, amma hazırda bunun mümkün olmadığını deyib. Gabriel, silah ixracının, beynəlxalq müqavilələrlə qəbul edilməsi və ya silah əvəzinə avtomobil tələb edilməsi kimi müstəsna hallarda mümkün olacağını deyib. Ankara və Berlin arasındakı münasibətlər xüsusilə 2016-cı ildə 15 İyul dövlət çevrilişi cəhdindən sonra gərginləşib. Türkiyə, Almaniyanı çevrilişdə şübhəlilərə qucaq açmaqla günahlandırır, Almaniya isə Türkiyədəki ikili vətəndaşlığı olanların sərbəst buraxılmasını istəyir. Ən son, hər iki ölkə qarşılıqlı olaraq vətəndaşlarına səyahət xəbərdarlığı etmişdi. Bundan sonra isə Almaniyanın Baş naziri Angela Merkel türk vətəndaşlarına Almaniyaya gəlməyə çağırıb. Merkel, "Burada heç bir jurnalist həbs olunmur. Jurnalistlər saxlanılmır. Burada ifadə azadlığı və qanunların aliliyi var. Bununla fəxr edirəm" deyib.(bbc) Teqlər : #Almaniya Türkiyəyə silah satışının böyük qismini dondurub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Türkiyədə 152 nəfər kimyəvi maddədən zəhərlənib Avropa Birliyinin qarşısında Myanma aksiyası - VİDEO
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO