Almaniya və Fransadan Ukrayna təklifi

Almaniya Baş naziri Angela Merkel və Fransa prezidenti Fransua Ollandın Ukraynanın şərqindəki böhrana çarə tapmaq məqsədilə Minsk anlaşmanın həyata keçirilməsi üçün birgə təklif hazırladığı bildirilib.
 
Maide.az xəbər verir ki, dünən axşam Kiyevə gələn Almaniya Baş naziri Angela Merkel və Fransa prezidenti Fransua Olland dövlət başçısı Pyotr Poroşenko ilə danışıqlar aparıb.
 
Ukrayna Prezidentinin mətbuat bürosundan verilən açıqlamada tərəflərin 5 saatdan uzun sürən görüşdə ölkənin şərqindəki böhranın həllinə dair fikir mübadiləsi apardığı qeyd olunub. Tərəflər böhranın dinc yolla həllinə tərəfdar olduqlarını xatırladıb və Rusiyanın da eyni fikirdə olduğuna ümid etdikləri dilə gətirilib.
 
Böhranın həlli və atəşkəsin bərqərar olmasını nəzərdə tutan Minsk anlaşmanın həyata keçirilməsinin də müzakirə edildiyi, böhranın həlli üçün atılacaq addımları ehtiva edən birgə təklif hazırlandığı qeyd edilib.
 
Poroşenko, Merkel və Olland şərqdə atəşkəsin təmin olunması, xarici əsgərlərin Ukrayna ərazilərindən çıxarılması, ağır silahların geri çəkilməsi, sərhədlərdə nəzarətin təmin olunması və bütün əsirlərin sərbəst buraxılması çağırışı edilib. Poroşenko avropalı liderlərə ukraynalı qadın pilot Nadejda Savçenkonun sərbəst buraxılması üçün təşəbbüs etmələri çağırışını təkrarlayıb.
 
Kiyevdə dünən görüşlər keçirən ABŞ Dövlət katibi Con Kerri də Fransa Prezidenti Olland ilə Almanya kansleri Merkelin Rusiya Prezidenti Vladimir Putindən Ukraynanın şərqindəki böhranın həllinə dair təklif aldıqlarını və avropalı liderlərin də şərqdə sülhün təmin edilməsi üçün öz təkliflərini hazırladıqlarını dilə gətirmişdi.

Google+ WhatsApp ok.ru