Bu etiraf ABŞ-ı küncə sıxışdıracaq

Pakistanda həbs olunan İŞİD rəhbərinin ABŞ-dan maddi dəstək aldıqları ortaya çıxdı.
 
Maide.az xəbər verir ki, dekabr ayında Pakistanın Lahor şəhərindəki əməliyyatda həbs olunan və İŞİD-in ölkə təmsilçisi olduğu irəli sürülən Yusif Əl Sələfi adlı şəxs istintaq əsnasında Pakistanda təşkilatı teşkilatlandırmaq və Suriyada müharibə üçün terrorçu göndərmək istədiyi, ABŞ-dan maliyyə aldıqlarını deyib.
 
"Pakistan Daily Ekspress" qəzeti Pakistanın məhkəmə mənbələrinə əsaslandırdığı xəbərində Əl Sələfinin mühüm ifadələr verdiyini yazıb.
 
Xəbərə görə, ABŞ Dövlət katibi Con Kerrinin Pakistan səfəri zamanı CENTCOM sədri general Loyd Ostin ilə birlikdə belə bir qərar verdiyi və Pakistandan Suriyaya gedəcək şəxslərə 600 dollar veriləcəyini vəd edib.
 
Qəzetə danışan mənbə ABŞ-ın maliyyə axışını ört-basdır etmək üçün İraq və Suriyada İŞİD-ə qarşı hücumlar təşkil etdiyini iddia edib.
 
İŞİD-in Pakistan banisi olduğu bildirilən Sələfinin Suriyadan Pakistana gəldiyi və dekabr ayındakı əməliyyatda həbs olunduğu bildirilir.

Google+ WhatsApp ok.ru