İşğal olunmuş Fələstin torpaqlarında yeni təhlükəsizlik tədbirlərinə baxmayaraq, toqquşmalar davam edir

 
İsrail rejimi baş naziri Benyamin Netanyahu Məscid-ul Əqsanın ərazisində müşahidə kameralarının quraşdırılmasına  razılıq verməsinə baxmayaraq, İsrail qüvvələri yenidən burada fələstinlilərlə qarşıdurma yaradıblar.
 
Sionist rejimi polisi bildirib ki israil hərbçiləri Əl-Xəlil şəhərində bir fələstinli qadına atəş açaraq onu qətlə yetiriblər.
 
İsrail polisi iddia edbi ki, bu qadın özünü şübhəli aparırdı və ondan özünü təqdim etmək tələb edildikdə, bıçaqla İsrail qüvvələrinə doğru yaxınlaşdı. Polisin məlumatına görə, bu hadisə nəticəsində heç bir israilli xəsarət almayıb.
 
Hadisənin baş verdiyi ərazidə olan bir fələstinli qadın, Fələsinin “Məən” Agentliyinə deyib: “İşğalçı rejimin əsgərləri qan itirməkdə olan yerdə uzanmış gənc fələstinli qadına heç bir tibbi yardım göstərmədən üstünü örtdülər”.
 
Bu insident Əl-Xəlildə İbrahim məscidi yaxınlığında baş verib.
 
İsrail təhlükəsizlik qüvvələri bildiriblər ki, bazar günü Qərb sahilində bir fələstinli qadın bıçaqla bir israilliyə hücum edərək onu yaralayıb. Hadisə yerinin yaxınlığında zeytun yığmaqla məşğul olan olan bir yəhudi mühacir isə bir neçə dəfə həmin fələstinliyə atəş açaraq onu qətlə yetirib.
 
Eyni zamanda, Netanyahu şənbə günü deyib: Məscid-ul Əqsada tətbiq edilən təhlükəsizlik qaydaları dəyişməyəcək, müsəlmanların namaz qılmasına və yəhudilərin isə bu məkanı ziyarət etməsinə icazə verilir. 
 
Ötən iki ay ərzində Sionist İsrail rejimi davamlı olaraq fələstinli namaz qılanları Məscid-ul Əqsaya girməsinə maneə törədiblər. Sionist rejimin fələstinlilərin Məscidə girişinə əngəl törətməsi avqust ayında daha da şiddətləndi və bu fələstinlilərlə toqquşmalarla nəticələndi. Oktyabr ayının əvvəlindən toqquşmalar nəticəsində 60 fələstinli şəhid olub və yüzlərlə fələstinli isə yaralanıb. /
 
 

Google+ WhatsApp ok.ru