Qüds intifadasında 53 şəhid və yüzlərlə yaralı-VİDEO

Bu il oktyabr ayının əvvəllərindən dünən axşama qədər Qüds intifadası nəticəsində Qərb sahilində, Qəzza zolağnda və işğal olunmuş Qüdsdə fələstinli şəhidlərin sayı 53 nəfəri və yaralıların sayı isə bir neçə yüzü keçib.
 
Maide.az xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyi dünən axşam yaydığı bəyanatda bildirib: Şəhidlər arasında 11 uşaq, bir hamilə qadın və həkimlərin səhlənkarlığı nəticəsində həyatını itirən bir əsir var.
 
Nazirlik şəhidlərdən 22.2 faizinin və yaralılardan isə 20.1 faizinin uşaqlar olduğunu qeyd edərək, əlavə edib: 391 nəfərdən çox uşaq Qərb sahilində və Qəzza zolağnda işğalçı İsrail qüvvələri ilə toqquşmalarda yaralanıblar.
 
Eləcədə, 251 uşaq Sionist qüvvələri ilə döyüşlərdə yaralanaraq xəstəxanaya aparılıblar ki,  onlardan 122-si  birbaşa atəş nəticəsində, 89 -u plastik güllə ilə, 17-i gözyaşardıcı qaz və 25 – i isə işğalçı əsgərlər və sionist miqrantlar tərəfindən möhkəm döyülməklə xəsarət alıblar.
 
Qəzza zolağnda da 140 uşaq və dörd qadın işğalçı qüvvələrlə toquşmalar nəticəsində yaralanaraq xəstaxanaya yerləşdiriliblər.
 
Qərb sahilində isə şəhid olanların sayı 38-ə çatıb ki, onların arasında bir hamilə qadın və onun iki yaşlı övladı var. Həmçinin, 1967-ci ildə işğal olunmuş ərazilərdə yerləşən Nəqəb rayonunun Hure qəsəbəsində bir fələstinli gənc şəhid olub. /
 

Google+ WhatsApp ok.ru