İşğalçı sionist rejimi səkkiz fələstinlini həbs edib

İşğalçı sionist rejimi səkkiz fələstinlini həbs edib

İşğalçı sionist rejimi bu gün səhər erkən saatlarda Qərb sahilində və Qüdsün müxtəlif bölgələrinə təşkil etdiyi hücumlar zamanı səkkiz fələstinlini həbs edib. 
 
Maide.Az xəbər verir ki, dünən gecə işğalçı qüvvələr tərəfindən axtarılan 8 nəfər bu gün həbs olunub. Saxlanılanlar sionist rejimlə mübarizə apardıqlarına görə həbs olunublar.
 
İslam Müqavimət Hərakatı Həmas üzvü bir nəfər isə Nablus şəhərində həbs olunub.
 
Əl-Xəlildə isə üç nəfərin və digər iki Həmas üzvü saxlanılıb.
 
Fələstin İnformasiya Mərkəzinin müxbiri, israil rejiminin həmçinin Nablus şəhərində adının açıqlanmadığı  bir gənci saxlanıldığını bildirib.
 
Qeyd edək ki, Qüdsün birinci intifadasından bəri sionist İsrail rejimi 8000 fələstinlini əsir götürüb. Onlardan 2115 nəfəri uşaqlardır. Ən kiçiyinin adı Əli Əlqəmdir, 12 yaşı var. Əsir götürülənlərin 270 nəfəri isə qadınlardır.
 

Google+ WhatsApp ok.ru