İşğalçı İsraildən gələcək yardımdan imtina etməyəcəklərini açıqladılar

Liviya Milli Ordusunin komandanı general Xəlifə Hafter İsraildən gələcək yardımdan imtina etməyəcəklərini açıqlayıb.
 
Maide.az xəbər verir ki, İtaliyada dərc olun "Corriere Della Sera" qəzetinə müsahibə verən Liviya Milli Ordusunun komandanı general Xəlifə Hafter ordusunun malik olduğu texnologiyanın köhnəldiyini deyib.
 
Misir, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Əlcəzairdən yardım aldıqlarını bildirən general Hafter, "İsraildən yardımı qəbul edərsinizmi?" şəklindəki bir suala da, "düşmənimin düşməni mənom dostumdur, niyə olmasın; Amma onların məni dəstəkləyəcəyini güman etmirəm", - deyə cavabını verib.

Google+ WhatsApp ok.ru